Ulduz falı

Fransız bir astroloq, astrologiyanın dəqiqliyini yoxlamaq məqsədiylə verdiyi ünvana anadan olduğu yeri və tarixi göndərənlərin bürclərinə görə pulsuz xarakter təhlillərini edəcəyini bildirən elan verir. Ona yazan 150 nəfərin hər birinə eyni “bürcə görə xarakter təhlilini” və təhlilin nə qədər doğru olduğunu bildirmələri üçün bir anket göndərir. Respondentlərin 94%-i analizin onları müxtəlif dərəcələrdə xarakterizə etdiyini bildirirlər. Əslində bu təhlil qatil Dr. Petiotun xarakter təhlilidir. Bir ulduz falçısı müştəriləri ilə görüşmədiyi halda bu qədər irəli gedə bilirsə, detallara diqqət edə bilən təcrübəli bir falçının müştərilərini hansı dərəcəyə qədər təsiri altına alacağını düşününmək çətin deyil.

Davamı →

Yapon ulduz falı

Yaponiyada və digər Şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik tsikl daxilində hər bir il müəyyən heyvan işarəsi altında keçir. Müəyyən ildə dünyaya gəlmiş Adam bir sıra fitri xassələr kəsb edir və taleyi bu xassələrdən asılı olur. 
Hər bir bölmədə xarakteristikanın sonunda adamların üç qrupu (heyvan adları altında) sadalanmışdır: a) o adamlar ki, dost və ya ömür-gün yoldaşı kimi sizə tamamilə münasibdirlər; b) o adamlar ki, az çox münasibdirlər; v) adamlar ki, əsla münasib deyillər, qətiyyən yaramırlar və hətta sizə bədbəxtlik gətirə bilərlər


Ardı →